zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
Dalğa FM
Dalğa FM
Music Interviews
Music
Society & Culture
Azerbaijani
"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et
Website
Episodes
300
03 July 2026
Mikrorayon serialı: kamera arxası və gələcək planlar I Sənətin səsi
"Sənətin səsi" verilişində"Mikrorayon" serialının baş prodüseri Sevinc Əliyeva, aktyorlar Orxan İskəndərli və Elşən Əskərov ilə serialın ərsəyə gəlmə prosesi, canlandırdıqları obrazlar və gələcək yaradıcılıq planları barədə söhbət etdik.
35 min
02 July 2026
Sahibkarlıq yolunda çətinliklər və uğurlar: "iCheck Medical"ın təsisçisi Leyla Orucova I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "iCheck Medical" tətbiqinin təsisçisi Leyla Orucova ilə "iCheck Medical" tətbiqinin yaranma ideyası, istifadəçilərə təqdim etdiyi imkanlar, tibbi xidmətlərin daha əlçatan və rahat olmasına verdiyi töhfə, eləcə də sahibkarlıq yolunda qarşıya çıxan çətinliklər və əldə olunan uğurlar barədə danışdıq.
32 min
02 July 2026
Fərqanə Qasımova ilə "Ana" layihəsi və milli musiqimizin gələcəyi I Sənətin səsi
"Sənətin səsi"nin qonağı xanəndə, Əməkdar artist Fərqanə Qasımova ilə milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər, "Ana" layihəsi, eləcə də yeni layihələri barədə söhbət etdik.
32 min
01 July 2026
Camal Qasımov — "Sanremo Junior" Uğuru və Yaradıcılıq Yolu I Sənətin səsi
"Sənətin səsi"nin qonağı gənc ifaçı, "Sanremo Junior" beynəlxalq mahnı və musiqi müsabiqəsində Azərbaycanı uğurla təmsil edən Camal Qasımov oldu. Verilişdə Camal Qasımovun musiqiyə ilk addımları, beynəlxalq səhnədə qazandığı təcrübə, "Sanremo Junior" müsabiqəsində yaşadığı anlar, gələcək yaradıcılıq planları haqqında danışdıq.
33 min
30 June 2026
Gülər Əmirahova: Memarlıqdan biznesə gedən uğur yolu I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı memar, "Flax Project" şirkətinin təsisçisi və rəhbəri Gülər Əmirahova ilə memarlıq sahəsində uğurlu karyera qurmağın sirlərindən, yaradıcılıqla biznesin vəhdətindən, öz brendini formalaşdırmaq yolunda atdığı addımlardan danışdıq.
37 min
30 June 2026
Aktyor Səfa Mehdi: Yaradıcılıq yolu, teatr və kino haqqında I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor Səfa Mehdi oldu. Söhbət zamanı onun sənətə gəliş yolundan, teatr və ekran fəaliyyətindən, rol aldığı layihələrdən, yaradıcılıq axtarışlarından danışdıq.
37 min
29 June 2026
Uşağın inkişafı və sağlamlığı: Pediatr məsləhətləri I Valideyn saatı
"Valideyn saatı"nın qonağı fəlsəfə doktoru, pediatr, "Boston Children's Hospital"ın "Developmental Pediatrics" şöbəsində elmi işçi Ülviyyə Aslanova ilə uşaqların fiziki və nevroloji inkişaf mərhələləri, erkən inkişafın qiymətləndirilməsiı, qidalanma, yuxu rejimi, immunitetin gücləndirilməsi, tez-tez rast gəlinən uşaq xəstəlikləri, profilaktik müayinələrin əhəmiyyəti haqqında danışdıq.
34 min
29 June 2026
Xalq artisti Nəzakət Teymurova: Yaradıcılıq yolu və milli musiqimizin təbliği I Sənətin səsi
"Sənətin səsi" verilişində qonaq olan xanəndə, Xalq artisti Nəzakət Teymurova ilə yaradıcılıq yolu, səhnə fəaliyyəti, yaddaqalan obrazları, eləcə də milli musiqimizin ölkəmizdə və xaricdə təbliği istiqamətində gördüyü işlər barədə söhbət etdik.
31 min
25 June 2026
Hobbidən brendə: “Resm Jewelry” necə yarandı? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı Rəsminə Qürbətova – “Resm Jewelry” brendinin təsisçisi ilə zərgərlik sənətinə olan marağın uğurlu biznesə çevrilməsi, yerli brendin formalaşma prosesi, müasir dövrdə əl işlərinin bazardakı rolu və sahibkarlıq yolunda qarşıya çıxan çətinliklərdən danışdıq. Həmçinin “Resm Jewelry” brendinin yaranma hekayəsi, fərqləndirici xüsusiyyətləri, müştəri məmnuniyyətinin...
34 min
25 June 2026
Azərbaycan Muğamının İnkişafı: Qəzənfər Abbasov Danışır I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı xanəndə və Əməkdar müəllim Qəzənfər Abbasov ilə qonağımızın sənət yolu, muğam ifaçılığı sahəsində qazandığı uğurlar, pedaqoji fəaliyyəti və Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söhbət açdıq.
41 min